Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/ŞOK SUİ-QƏSD: General avtomobilində PARTLADILDI – FOTO
MANŞETSİYASƏT

ŞOK SUİ-QƏSD: General avtomobilində PARTLADILDI – FOTO

11 Avqust 2026
PAYLAŞIN:

Liviyan Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin direktoru Fövzi əl-Mənsuri sui-qəsd nəticəsində öldürülüb.

Paraqraf.com “Reuters”ə istinadən xəbər verir ki, general-mayor Fövzi əl-Mənsuri partlayıcı qurğunun işə salınması nəticəsində həyatını itirib.

İlkin məlumata görə, general-mayorun avtomobili Benqazidə Aişə məscidinin yaxınlığında olarkən partlayış baş verib.

“Al Arabiya”nın mənbələri əl-Mənsurinin hərəkət etdiyi avtomobilə kustar üsulla hazırlanmış partlayıcı qurğunun yerləşdirildiyini təsdiqləyib. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Məlumatı daha sonra Liviyanın Milli Ordusunun mənəvi tərbiyə (mənəvi rəhbərlik) idarəsinin direktoru general-mayor Xalid əl-Məhcub da təsdiqləyib. Onun sözlərinə görə, partlayış nəticəsində başqa ölən və ya yaralanan olmayıb.

Fövzi əl-Mənsuri 2024-cü ildə Hərbi Kəşfiyyat İdarəsinin direktoru təyin edilmişdi. Bundan əvvəl o, ölkənin şərqi ilə qərbini birləşdirən Fars körfəzi Hərbi Dairəsinə və Əcdabiyə Əməliyyat Mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, Liviyada Müəmmər Qəddafinin ölümündən sonra ölkə bir-biri ilə mübarizə aparan iki əsas mərkəz arasında bölünüb. Bunlardan biri Tripolidə yerləşən qərbdəki hakimiyyət, digəri isə ölkənin şərqindəki qüvvələrdir.

2014-cü ilə qədər davam edən qarşıdurma beynəlxalq səviyyədə tanınan müvəqqəti hökumətlə Liviya Milli Ordusu arasında vətəndaş müharibəsinə çevrilib. 2020-ci ildə tərəflər atəşkəs barədə razılığa gəliblər.

2021-ci ilin fevralında beynəlxalq səviyyədə tanınan Milli Birlik Hökuməti yaradılıb və Əbdülhəmid əd-Dbeybə onun rəhbəri seçilib. Lakin onun legitimliyini Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatası tanımır.

Hazırda Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu ölkənin şərq və cənubunun böyük hissəsinə nəzarət edir. Milli Birlik Hökumətinin əsas iqamətgahı paytaxt Tripolidə yerləşir və ölkənin qərb hissəsinin böyük bir qisminə nəzarət edir.

Attachment

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub – FOTOLAR

Next

Gənclik gələcəyi gözləmək deyil, onu bu gündən qurmaqdır

Copyright 2026— Praqraf.com. All rights reserved