Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub – FOTOLAR
CƏMİYYƏT

“Ənənəvi Sənətdən Süni İntellektə”: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutub – FOTOLAR

11 Avqust 2026
PAYLAŞIN:

“Sağlam Düşüncə” Gənclər Təşkilatının könüllüləri Kaan Arslantürk və Sophia Pınar Saneiyin təşəbbüsü və təlimçiliyi ilə keçirilən 4 günlük “Sənət Vörkşop”u yekunlaşıb.

Paraqraf.com-un məlumatına görə, iyulun 27–30-da baş tutan intensiv təlimlərin ardından, 15-20 yaş arası gənc iştirakçıların ərsəyə gətirdiyi fəlsəfi və rəqəmsal layihələr 5–7 Avqust tarixlərində Sumqayıt Gənclər Evində sərgi şəklində ictimaiyyətə təqdim olunub.

Klassik incəsənət çərçivələrini aşan bu layihə gənclərə fərqli mədəniyyətlərdə sənətin formalaşmasını araşdırmaqla yanaşı, onları müasir rəqəmsal alətlərlə silahlandırdı. Vörkşop müddətində iştirakçılar ekspressionizm və miniatür sənətinin incəliklərini öyrənərək, ənənəvi əsərləri rəqəmsal formata köçürüblər; eyni zamanda animasiya, video istehsalı, Süni İntellekt alətləri və Artırılmış Reallıq texnologiyalarından istifadə edərək innovativ vizual məzmunlar hazırlayıblar.

Təlimçi Kaan Arslantürk və Sophia Pınar Saneiy layihə haqqında:

“Məqsədimiz gənclərə rəqəmsal alətlərin texniki tərəfini öyrətməklə yanaşı, onların öz yaradıcı ideyalarını sərbəst şəkildə ifadə edə biləcəkləri açıq bir platforma yaratmaq idi. 4 gün kimi qısa bir müddətdə ənənəvi miniatürdən AR texnologiyalarına qədər uzanan bu keçid gənclərin innovasiyaya nə qədər açıq olduğunu göstərdi”.

Sumqayıt Gənclər Evində baş tutan 3 günlük sərgidə ziyarətçilər gənclərin hazırladığı rəqəmsal və ənənəvi əsərləri, animasiya çarxlarını və AR texnologiyası ilə canlılıq qazanan yaradıcı işləri izləmək imkanı qazanıblar. Girişi sərbəst olan sərgi Sumqayıt gənclərinin böyük marağına səbəb olub.

   

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

“Milli Birlik” qrupunun iştirakı ilə birgə iclas keçirilib

Next

ŞOK SUİ-QƏSD: General avtomobilində PARTLADILDI – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved