Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Səbinə Əliyeva: “Ana dilimiz kimliyimizin, yaddaşımızın və hüquqlarımızın təməlidir”
MANŞET

Səbinə Əliyeva: “Ana dilimiz kimliyimizin, yaddaşımızın və hüquqlarımızın təməlidir”

02 Avqust 2026
PAYLAŞIN:

Ombudsman Səbinə Əliyeva 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sosial media hesabında paylaşım edib.

Paraqraf.com xəbər verir ki, Ombudsman bildirib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin, mənəvi irsimizin və doğma dilimizə ehtiramın ifadəsidir. Onun sözlərinə görə, ana dili insanın ilk kimliyi, mənəvi yaddaşı və dünyanı dərk etməsinin başlanğıcıdır. Hər bir insanın öz ana dilində danışmaq, təhsil almaq, fikir və yaradıcılığını sərbəst ifadə etmək hüququ fundamental insan hüquqlarının ayrılmaz hissəsidir.

 

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan mənəvi sərvətdir. Dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlətin, cəmiyyətin və hər bir vətəndaşın ortaq məsuliyyətidir.

 

O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlət dili və latın qrafikalı əlifba ilə bağlı qəbul etdiyi tarixi qərarlar bu sahədə möhkəm təməl yaradıb, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir. Paylaşımda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan dilinin və milli-mədəni irsin ölkə daxilində və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirdiyi təşəbbüslərin də xüsusi əhəmiyyət daşıdığı bildirilib.

 

Ombudsman sonda hər kəsi ana dilini sevə-sevə yaşatmağa, onun saflığını qorumağa və Azərbaycan dilində səlis danışaraq zəngin fikir formalaşdırmağa çağırıb.

 

O, həmçinin dahi şair Bəxtiyar Vahabzadənin məşhur misralarını xatırladıb:

 

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.”

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Ortaq köklərdən strateji tərəfdaşlığa: Azərbaycan–Qırğızıstan qardaşlığı yeni mərhələyə yüksəlir

Next

QAĞA, KAAN, KAĞAN – milli kimliyimizin GİZLİ kodu

Copyright 2026— Praqraf.com. All rights reserved