Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“WUF gözləntilərimi doğrultmadı” – Yazıçı Sahilə Yaya
MANŞETMÜSAHİBƏ

“WUF gözləntilərimi doğrultmadı” – Yazıçı Sahilə Yaya

28 İyul 2026 3 Min Read
PAYLAŞIN:

Müasir Azərbaycan ədəbiyyatının gənc və fəal nümayəndələrindən olan yazıçı Sahilə Yaya yaradıcılığı ilə yanaşı, müxtəlif yerli və beynəlxalq layihələrdə də aktiv iştirak edir. “Şeyx” romanı ilə oxucuların marağını qazanan müəllif hazırda yeni əsəri üzərində çalışır, eyni zamanda akademik fəaliyyətini davam etdirir. Yazıçı Paraqraf.com-a müsahibəsində yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətdəki rolu, beynəlxalq tədbirlərdən əldə etdiyi təcrübə, gələcək planları və gənc yazıçılara tövsiyələri barədə danışıb.

– Bu ay doğum gününüz oldu. Əvvəlcə sizi doğum gününüz münasibətilə təbrik edirik. Yeni yaşınızdan gözləntiləriniz nələrdir?

– Təşəkkür edirəm. Yeni romanımı nəhayət ki, tamamlayıb oxuculara təqdim etməyi və onun tanıtımı ilə məşğul olmağı planlaşdırıram. Bununla yanaşı, mövcud işimlə paralel akademik fəaliyyətimi də genişləndirmək istəyirəm. Yeni yaşımda da əsas hədəfim işləməkdir – çox işləmək. Bunun üçün isə ən böyük arzum sağlamlıq və fiziki gücdür.

– Yazıçılıq fəaliyyətinizə necə başlamısınız və bu yolda sizi ilhamlandıran əsas amillər hansılar olub?

– Yazıçılığa peşə kimi yanaşmağa 23 yaşımda başlamışam. Uşaqlıqdan ətrafımda yazıçılar, şairlər olub. Onların arasında böyümüşəm və zamanla onlardan biri olmaq mənim üçün təbii bir prosesə çevrilib.

– Oxucular tərəfindən maraqla qarşılanan “Şeyx” kitabının yazılma ideyası necə yarandı?

– Bir dəfə Almaniyada qatarla səfər edərkən üzbəüz oturduğum yaşlı bir kişinin Şekspir oxuduğunu gördüm. Həmin mənzərə mənə Şeyx Sənanı xatırlatdı. Biz Şeyx Sənan hekayəsini daha çox Hüseyn Cavidin əsərindən tanıyırıq. Halbuki bu hekayəni ilk dəfə Fəridəddin Əttar qələmə alıb və onun əsərində Şeyx Sənan yaşlı bir kişi idi. Romanın ideyasının yaranmasına məhz həmin təsadüfi qarşılaşma təkan verdi.

– Kitabın əsas mesajını bir cümlə ilə ifadə etsəniz, nə deyərdiniz?

– Heç bir kitabın mesajını bir cümlə ilə ifadə etmək olmaz. Kitab elə bir vasitədir ki, bir cümləyə sığmayan fikirləri ifadə etmək üçün yaranıb. Həyat və reallıq çoxşaxəlidir. Bəzən onları izah etmək üçün hökm xarakterli cümlələr kifayət etmir. Ona görə də yazıçı situasiyalar, obrazlar və mənzərələr yaradır ki, oxucu özü nəticə çıxarsın.

– Yazı prosesində qarşılaşdığınız ən böyük çətinlik nədir?

– Ən böyük problemim vaxt azlığıdır. Hazırda məni ən çox məhdudlaşdıran məhz zamandır.

Sahila Yaya (@sahileyaya) • Instagram photos and videos

– Ədəbiyyatın cəmiyyətin inkişafındakı rolunu necə qiymətləndirirsiniz?

– Pafoslu danışıb bu gün ədəbiyyatın cəmiyyəti dəyişdirdiyini deyə bilmərəm. Hazırda insanların diqqətini cəlb edən çox fərqli sahələr var. Amma insanlığın bu günə gəlib çatmasında ədəbiyyatın rolu danılmazdır. Hesab edirəm ki, bundan sonra da ədəbiyyatın cəmiyyətin mənəvi inkişafında rolunu qoruyub saxlaması üçün dəstəyə ehtiyac var. Dövlətlər müasir vasitələrdən istifadə edərək ədəbiyyatı insanlara daha yaxın etməlidirlər.

– Siz müxtəlif layihələrdə fəal iştirak edirsiniz. Bu layihələr yaradıcılığınıza necə təsir göstərir?

– Bu layihələr yazılarımı monotonluqdan xilas edir. Fərqli mühitlər, müxtəlif insanlar, yeni obrazlar və situasiyalar görürəm. Həyatın müxtəlif rənglərini və dəyişən əhvalını yaxından hiss etmək yazıçı üçün böyük üstünlükdür.

– Dünya Şəhərsalma Forumu (WUF) çərçivəsində iştirakınız sizə hansı təcrübələri qazandırdı?

– Səmimi desəm, gözləntilərimi doğrultmadı. Belə tədbirlər ilk növbədə şəbəkələşmə üçün imkan yaratmalıdır. Təəssüf ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə müxtəlif səbəblərdən fərqli sahələrin nümayəndələri effektiv şəkildə tanış ola və gələcək əməkdaşlıqlar qura bilmirlər. Bu istiqamətdə daha peşəkar və yeni yanaşmalara ehtiyac var. Ümumiyyətlə, bizdə vizyoner kadrların sayı azdır, daha çox icraçı yanaşması üstünlük təşkil edir. Halbuki kapitalizm hər sahənin düzgün təqdim olunmasını tələb edir. Xüsusilə ədəbiyyatı və incəsənəti hələ də lazımi şəkildə paketləyib dünyaya təqdim edə bilmirik.

– Beynəlxalq tədbirlərdə iştirak Azərbaycan ədəbiyyatının tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?

Bu videonun çəkən günün səhəri yüz faiz əmin olduğum şeylər də alınmırdı. Elə bil gün elə qurulmuşdu ki, sözlərimi geri götürüm, tərəddüd etmədən alın yazısına inanım. Bəs, siz nəyə inanırsız? , ...

– Bu məsələ ilə bağlı fikirlərimi əvvəlki cavabımda ətraflı ifadə etmişəm. Düşünürəm ki, əsas problem belə platformaların təqdimat və əməkdaşlıq baxımından daha səmərəli təşkil edilməməsidir.

– Gənc yazıçılara hansı tövsiyələri vermək istərdiniz?

– Açıq və sadə danışacağam: yalnız yazıçılığa bel bağlamayın. Azərbaycanda təkcə yazıçı olmaq sizi maddi çətinliklərlə üz-üzə qoya bilər. Kasıb yazıçı olmayın. Bu, sizi xoşbəxt etməyəcək.

– Hazırda üzərində çalışdığınız yeni kitab və ya layihələr varmı?

– Bəli. Hazırda növbəti romanım üzərində işləyirəm. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə haqqında elmi məqalə hazırlayıram.

– Gələcəkdə oxucularınızı hansı yeniliklərlə sevindirməyi planlaşdırırsınız?

– Yazmağa davam edəcəyəm. Hazırda sosial psixologiya üzrə doktorantura təhsili alıram və cəmiyyəti, insan davranışlarını daha dərindən öyrənməyə çalışıram. Düşünürəm ki, cəmiyyətimizdə çoxlu sayda psixoloji və mental problemlər yaşayan insanlar var. Onlarla ayrı-ayrılıqda işləmək mümkün olmasa da, ümid edirəm ki, elmi biliklərim artdıqca əsərlərimdə yaratdığım obrazlar daha dolğun olacaq. Oxucular həmin obrazlarda özlərini görəcək, özlərini daha yaxşı anlayacaq və bəlkə də bu, onlara müəyyən mənada dəstək olacaq.

 

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vüqar Qədirov: “Heydər Əliyevdən ilk vəsiqəmi aldım”

Next

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub

Copyright 2026— Praqraf.com. All rights reserved