Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Sertifikasiya balı müəllimin peşəkarlığını tam göstərirmi?
ELM VƏ TƏHSİLMANŞET

Sertifikasiya balı müəllimin peşəkarlığını tam göstərirmi?

22 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Son illərdə müəllimlərin sertifikasiya imtahanlarının nəticələri təhsil ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Yüksək bal toplayan müəllimlər uğurları ilə seçilir, aşağı nəticə göstərənlər isə bəzən peşəkarlıqları ilə bağlı əsassız mühakimələrlə üzləşirlər. Halbuki sertifikasiya imtahanı müəllimin fəaliyyətini qiymətləndirən yeganə meyar hesab oluna bilməz.

Müşahidələr göstərir ki, imtahan nəticələri müəllimlər arasında müəyyən mənada qeyri-sağlam rəqabət də formalaşdırır. Bəzi müəllimlər yüksək bal topladıqlarını ön plana çəkərək bunu peşəkarlıqlarının əsas göstəricisi kimi təqdim edirlər. Hətta “beş il ərzində rahatam” düşüncəsi ilə yanaşanlar da olur. Ancaq yüksək bal toplamaq müəllimin sinifdə daha yaxşı dərs keçməsi, şagirdlərlə düzgün ünsiyyət qurması və ya tədris prosesini daha səmərəli təşkil etməsi demək deyil.

Sertifikasiya əsasən müəllimin akademik biliklərini ölçür. Halbuki müəllimlik peşəsi təkcə nəzəri bilikdən ibarət deyil. Dərsin maraqlı təşkili, mövzunun aydın izahı, şagirdyönümlü yanaşma, sinfin idarə olunması və şagirdlərdə öyrənməyə maraq yaratmaq müəllimin peşəkarlığını müəyyən edən ən vacib amillərdəndir.

Elə müəllimlər var ki, uzun müddət yalnız imtahana hazırlaşır, müxtəlif hazırlıq kurslarında iştirak edir və nəticədə yüksək bal toplayırlar. Lakin bu, onların məktəbdə də eyni səviyyədə uğurlu müəllim olduqlarını avtomatik şəkildə sübut etmir. Digər tərəfdən, bütün diqqətini gündəlik dərslərə, şagirdlərin inkişafına yönəldən, əlavə hazırlığa kifayət qədər vaxt ayıra bilməyən müəllimlər imtahanda istədikləri nəticəni əldə etməyə bilərlər. Bu isə onların zəif müəllim olduqları anlamına gəlmir.

Məhz buna görə də sertifikasiya nəticələrinə balanslı yanaşmaq vacibdir. Nə yüksək bal toplayan müəllimləri həddindən artıq ideallaşdırmaq, nə də aşağı nəticə göstərən müəllimləri peşəkar olmayan kimi qiymətləndirmək doğru yanaşmadır.

Təhsil sahəsində əsas məqsəd müəllimlər arasında rəqabət yaratmaq deyil, onların peşəkar inkişafını təmin etmək olmalıdır. Sertifikasiya bu inkişafın bir hissəsidir, lakin müəllimin əsl dəyəri hər gün sinif otağında şagirdlərinə verdiyi bilik, qazandırdığı bacarıq və yaratdığı müsbət təsirlə ölçülür.

Ülviyyə Hüseynli
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan milli mətbuatı: ənənələr və müasir çağırışlar

Copyright 2026— Praqraf.com. All rights reserved