Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb
SİYASƏT

Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb

16 İyul 2026 2 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp “Breitbart” saytında dərc olunan və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ münasibətləri haqqında sözlərinin yer aldığı Coşua Klaynın məqaləsini paylaşıb.

Paraqraf.com xəbər verir ki, Klayn IV Şuşa Qlobal Media Forumunda iştirak edib və Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan-ABŞ münasibətləri, eləcə də Bakı ilə İrəvan arasındakı sülh prosesi barədə sual verib.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasında Ağ Ev administrasiyasının xüsusi töhfəsini vurğulayan sözləri sitat gətirilir.

Eyni zamanda, məqalədə Azərbaycan Prezidentinin Ağ Evin əvvəlki administrasiyalarına dair apardığı müqayisəli təhlil də yer alır, həmin dövrdə ABŞ-nin əvvəlki prezidentləri Cənubi Qafqazdakı vəziyyəti həll etmək əvəzinə, yalnız münaqişəni dondurmağa çalışırdılar.

“Azərbaycan Prezidenti bəyan edib ki, əvvəlki administrasiyalar demək olar ki, üç onillik ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etməkdənsə, onu faktiki olaraq donduran siyasət yürüdüblər, Tramp isə bu məsələyə tamamilə fərqli yanaşıb”, – C.Klayn qeyd edib.

Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti forumda Donald Trampı “sülhsevər” və “sülhdə imkanlar görən insan” adlandırıb: “İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsində Trampın rolu həlledici olub. İlham Əliyevin sözlərinə görə, Tramp və onun komandası Azərbaycanın narahatlığını başa düşürdülər, Ermənistanı sülhün hər iki ölkənin maraqlarına cavab verdiyinə inandırmağa çalışırdılar və yekunda “sülhün mümkün olduğu şəraiti yaratdılar”.

Müəllif qeyd edib ki, İlham Əliyev, həmçinin Trampın dövründə Bakı ilə Vaşinqton arasında münasibətlərin möhkəmlənməsi prosesini “heyrətamiz və inanılmaz” adlandırıb: “Xüsusilə də, tərəflər iki ölkənin əməkdaşlığında yeni səhifə açan Strateji tərəfdaşlıq haqqında Xartiya imzalayıblar”.

C.Klayn, həmçinin Prezident İlham Əliyevin bu gün Azərbaycan və ABŞ arasındakı münasibətlərin misligörünməmiş səviyyədə olması barədə sözlərini də sitat gətirib.

 

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Next

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved