Azərbaycan və IMF inflyasiya proqnozlarını müzakirə ediblər
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) inflyasiya proqnozlarını müzakirə ediblər.
Paraqraf.com bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun baş direktoru Vüqar Əhmədov ölkəmizdə səfərdə olan IMF-in Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında gedən proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi və maliyyə sabitliyinə təsirləri, eləcə də iqtisadiyyatın inkişaf meyilləri və inflyasiya proqnozları müzakirə olunub.
Bundan əlavə, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və banklararası bazarın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin cari il və ortamüddətli dövrdə pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas prioritetləri barədə fikir mübadiləsi aparılıb.
Paraqraf.com
![]()