Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurasının növbəti iclası keçirilib
MANŞET

Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurasının növbəti iclası keçirilib

16 İyul 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.

Paraqraf.com xəbər verir ki, iclasda universitet rəhbərliyi, struktur bölmələrinin rəhbərləri, dekanlar və aidiyyəti məsul şəxslər iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli toplantıda 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının yekunlarının təhlili, eləcə də “Yay məktəbi”nin təşkili ilə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Rektor əlavə edib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi və tələbəyönümlü mühitin inkişaf etdirilməsi universitetin əsas prioritet istiqamətlərindəndir.

İclasda ilk olaraq yay imtahan sessiyasının nəticələri müzakirəyə çıxarılıb. Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov sessiyanın yekunları barədə məlumat verərək təhsilalanların akademik göstəriciləri, imtahan prosesinin təşkili və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış edib.

Əcnəbi təhsilalanlarla iş üzrə dekan Natiq Bayramov da çıxış edərək xarici tələbələrin imtahan sessiyasındakı nəticələri, tədris prosesində iştirak səviyyəsi və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

İclasda “Yay məktəbi”nin təşkili ilə bağlı məsələlər də geniş müzakirə olunub. Bildirilib ki, “Yay məktəbi” tələbələrin akademik borclarının aradan qaldırılması, nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin davamlılığı və fasiləsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, “Yay məktəbi”nin təşkili tələbələrin fərdi akademik ehtiyaclarının nəzərə alınması və onların akademik nailiyyətlərinin artırılması istiqamətində mühüm imkanlar yaradır.

Çıxışlardan sonra gündəlikdə yer alan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda rektor, professor Gəray Gəraybəyli universitet qarşısında duran prioritet vəzifələri diqqətə çatdıraraq, qarşıdakı dövrdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, idarəetmədə səmərəliliyin artırılması, universitetin strateji inkişaf hədəflərinin uğurla həyata keçirilməsi istiqamətində aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Next

Naxçıvanda əhalinin sayı artıb

Copyright 2026— Praqraf.com. All rights reserved