Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri uğurla baş tutub
MANŞET

Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri uğurla baş tutub

30 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Bakıda HIMA Med Alliance Group tərəfindən həyata keçirilən “Medical Tourism: InfoTour & Networking” layihəsi çərçivəsində növbəti InfoTour uğurla baş tutub.

Paraqraf.com xəbər verir ki, tədbir iştirakçıları Bakı şəhəri Badamdar qəsəbəsində yeni fəaliyyətə başlamış Maricel Naftalan Sağlamlıq Mərkəzini ziyarət edərək klinikanın müasir infrastrukturu, tibbi xidmət imkanları və sağlamlıq turizmi potensialı ilə yaxından tanış olublar.

İnfoTour zamanı qonaqlara mərkəzin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müayinə, diaqnostika və reabilitasiya şöbələri təqdim edilib. Bildirilib ki, klinikada pasiyentlərin komfortu, təhlükəsizliyi və yüksək keyfiyyətli tibbi xidmət alması üçün bütün zəruri şərait yaradılıb.

Naftalan Möcüzəsi və Müasir Tibbin Sinergiyası

Təqdimat zamanı Azərbaycanın dünyada tanınan təbii müalicə sərvətlərindən biri olan Naftalan neftinin tətbiqi imkanları, unikal Naftalan vannaları, müasir reabilitasiya xidmətləri, peşəkar həkim heyəti və pasiyentlərə fərdi yanaşma prinsipləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mərkəzdə yaradılmış müasir Duz Dağı (haloterapiya) kompleksi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sağlamlıq turizmi baxımından mühüm üstünlüklərdən biri kimi qiymətləndirilib.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının üzvləri, tibbi turizm şirkətləri, səhiyyə üzrə ekspertlər, media nümayəndələri və sektorun peşəkarları iştirak edərək ölkəmizin sağlamlıq turizminin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və yeni strateji tərəfdaşlıqlar barədə geniş fikir mübadiləsi aparıblar.

“Azərbaycan zəngin təbii müalicə resursları, xüsusilə Naftalan kimi unikal sağlamlıq potensialı ilə beynəlxalq tibbi turizm bazarında mühüm mövqeyə sahib ola bilər. Məqsədimiz bu imkanları peşəkar əməkdaşlıq, effektiv idarəetmə və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə daha geniş auditoriyaya təqdim etməkdir. “Medical Tourism: InfoTour & Networking” layihəsi də məhz bu məqsədə xidmət edən mühüm platformadır.”

Tədbir iştirakçıları Maricel Naftalan Sağlamlıq Mərkəzinin təqdim etdiyi xidmətləri yüksək qiymətləndirərək vurğulayıblar ki, bu cür infoturlar Azərbaycanın tibbi turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması, yeni əməkdaşlıqların qurulması və ölkənin sağlamlıq turizmi brendinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

1 dəqiqəyə 1 sualı cavablandıran müəllim: “Bizə dövlət yaxşı maaş verir, kompüter alsınlar

Next

Xaçmazda erkən nikahların fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved