Kadir İnanır vəfat etdi
Türk kinosunun ustad sənətkarı Kadir İnanır müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Paraqraf.com bu barədə “Milliyet” qəzetinə istinadən xəbər verir.
Bir müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparan Kadir İnanır 14 may tarixində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya çatdırılıb və ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya yerləşdirilmişdi.
Mayın 22-dən vəziyyətinin ağırlaşması nəticəsində süni nəfəs aparatına qoşulan ustad aktyor həkimlərin bütün müdaxilələrinə baxmayaraq, bu gün həyatını itirib.
Paraqraf.com
![]()