Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İQTİSADİYYAT

Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

26 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstan hökuməti Azərbaycan tərəfi ilə aparılan müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən artıq təbii qazın təchizatına dair təminat alıb.

Paraqraf.com-un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən bəyan edib.

Baş nazir bildirdib ki, hesabat dövrü ərzində ölkədə qazlaşdırma layihələri davam etdirilib və 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub.

Onun açıqlamasına əsasən, bu addım sayəsində təqribən 10 min ev təsərrüfatı təbii qazla təmin edilib.

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan üçün strateji önəm daşıyan qaz təchizatı məsələsinə dair Azərbaycanla aparılan müzakirələr müvəffəqiyyətlə yekunlaşıb: “Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə əlaqədar dost ölkəmiz Azərbaycanla son dərəcə vacib danışıqlar apardıq. Bu müzakirələr İqtisadiyyat Nazirliyi tərəfindən uğurla başa çatdırıldı və nəticə olaraq əlverişli qiymətə 2 milyard kubmetrdən artıq qazın tədarükünə dair təminat əldə etdik”.

Baş nazir xüsusi olaraq vurğulayıb ki, bu saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 11 % artıb

Next

Türkiyə MN: Azərbaycanla hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik

Copyright 2026— Praqraf.com. All rights reserved