Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukraynanın kütləvi hücumundan sonra Krımın yarısı işıqsız qalıb
DÜNYA

Ukraynanın kütləvi hücumundan sonra Krımın yarısı işıqsız qalıb

23 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna iyunun 23-nə keçən gecədən etibarən ilhaq edilmiş Krıma kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.

Paraqraf.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, zərbə Kerçdəki Arşintsevo rayonunda yerləşən İES-ə endirilib.

Məlumata görə, Kerçdəki İES-də güclü yanğın baş verib, yarımadanın yarısı işıqsız qalıb.

Həmçinin peyk məlumatlarına əsasən, təxminən 47 kilometr uzunluğunda tüstü zolağı qeydə alınıb.

Krım “hakimiyyəti” “elektrik şəbəkələrindəki texnoloji pozuntular” səbəbindən elektrik enerjisinin kəsildiyini bildirib. Elektrik təchizatının sutka ərzində bərpa olunacağı vəd edilir.

Eyni zamanda, Ukrayna dronlarının zərbələri Sovetski rayonundakı “Nasosnaya-2” yarımstansiyasında yanğına səbəb olub. Daha sonra yarımada sakinləri “TES-Terminal” neft məhsullarının saxlanılması kompleksinə zərbə endirildiyini bildiriblər.

Mənbələrin məlumatına görə, “Qafqaz” limanı da zərbəyə məruz qalıb və nəticədə oradakı neft bazasında yanğın başlayıb. Zərbənin fəsadlarını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

“Krım küləyi” monitorinq qrupu peyk məlumatlarına istinad edərək yarımadanın ərazisində, xüsusilə “Qafqaz” limanı ərazisində bir neçə yanğın ocağının olması barədə məlumat verib.

Bundan başqa, Kerçin girişində, “Yujnaya” dəmir yolu stansiyasında, eləcə də Baqerovo yaşayış məntəqəsinin yaxınlığında yanğınların baş verdiyi bildirilir. Kerç körpüsündə hərəkət dayandırılıb, dron təhlükəsi elan edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb

Next

Rusiya Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə zərbə endirib: ölən və yaralananlar var

Copyright 2026— Praqraf.com. All rights reserved