Qırğızıstanın keçmiş deputatı mütəşəkkil cinayətkarlıqda şübhəli bilinib
Bişkekdə (Qırğızıstan) Joqorku Keneşin sabiq deputatı Duyşon Torokulov saxlanılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Pervomaysk rayon məhkəməsinin məlumatına görə, sabiq deputata Qırğızıstan Cinayət Məcəlləsinin 261-ci (“Mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və ya onda iştirak etmək”) maddəsi üzrə ittiham irəli sürülüb. O, iyunun 30-dək həbsə alınıb.
D.Torokulov müəyyən dairələrdə “Duşka” ləqəbi ilə tanınır. 2021-ci ildə o, korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Paraqraf.com
![]()