Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qazaxıstan və Çinin ticarət dövriyyəsi 48 milyard dolları ötüb
DÜNYA

Qazaxıstan və Çinin ticarət dövriyyəsi 48 milyard dolları ötüb

23 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstanın Baş naziri Oljas Bektenov Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin Dövlət Şurasının Baş naziri Li Tsyanla görüşüb.

Paraqraf.com-un ölkənin Baş nazirinin rəsmi informasiya resursuna istinadən verdiyi məlumata görə, tərəflər ticarət, investisiya əməkdaşlığı, aqrar-sənaye kompleksi və nəqliyyat-logistika sahəsinin inkişafını müzakirə ediblər.

Tərəflər qeyd ediblər ki, 2025-ci ildə Qazaxıstan və Çin arasında qarşılıqlı ticarətin dəyəri 48 milyard dolları ötüb. Çindən Qazaxıstan iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2,8 milyard dollar təşkil edib.

Həmsöhbətlər aqrar-sənaye kompleksinə xüsusi diqqət yetiriblər. Qeyd olunub ki, 2025-ci ildə bu sahədə ticarət dövriyyəsi 36 % artaraq 1,9 milyard dolları ötüb.

“Qazaxıstan həmçinin Çin və Avropa arasında quru yolu ilə daşımalarda mühüm rolunu qoruyub saxlayır. Yük axınlarının 85 %-dən çoxu respublika ərazisindən keçir. 2025-ci ilin yekunları üzrə Qazaxıstan və Çin arasında dəmir yolu daşımaları 11 % artaraq 35,6 milyon tona çatıb”, – məlumatda bildirilir.

O.Bektenov Dalyan şəhərində “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş sessiyada da çıxış edib.

Onun sözlərinə görə, son yeddi il ərzində Qazaxıstan nəqliyyat-tranzit infrastrukturunun inkişafına 35 milyard dollardan çox vəsait yönəldib. Həyata keçirilən layihələr arasında Aktau şəhərindəki konteyner habı, Sian şəhərindəki quru liman və s. yer alır.

O.Bektenov “Bir kəmər, bir yol” təşəbbüsünün gələcək inkişafı üçün beş prioritet istiqaməti müəyyən edib. Bu istiqamətlərə infrastruktur əlaqəliliyinin möhkəmləndirilməsi, rəqəmsal Orta Dəhlizin inkişafı, “yaşıl” gündəliyin təşviqi, ticarət, investisiya və maliyyə mexanizmlərinin genişləndirilməsi daxildir.

L.Tsyanla görüş zamanı tərəflər həmçinin Qazaxıstan-Çin strateji tərəfdaşlığının yüksək səviyyəsini və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə hazır olduqlarını qeyd ediblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə zərbə endirib: ölən və yaralananlar var

Next

Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved