Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiq edilib
İQTİSADİYYAT

“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiq edilib

23 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”ı təsdiq edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənə qədər həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qaydalarda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Qaydalar “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci tarixli qanuna uyğun olaraq hazırlanıb və qaz təchizatı sektorunda icazə şərtlərini, habelə qaz təchizatı sisteminin planlaşdırılması, inkişafı, tikintisi, quraşdırılması, istismarı, dispetçer idarəetməsi və informasiya texnologiyaları idarəetmə sistemlərinin təşkili, qəzaların qarşısının alınması və aradan qaldırılması, qaz şəbəkələrinə qoşulma və balanslaşdırma ilə bağlı qaz təchizatı subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyir.

Qaydalar qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən Tənzimləyiciyə şamil olunur.

Qaydalarda qeyd edilən, “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 6 mart 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilən qaz qurğuları və avadanlıqları “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq texniki reqlamentlərin tələblərinə cavab verməli və uyğunluğu qiymətləndirilməlidir.

Yeni qərarla həm də “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərar ləğv edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 28 %-dən çox artıb

Next

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved