Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Prezident Kitabxanasında “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib
MƏDƏNİYYƏT

Prezident Kitabxanasında “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

23 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Prezident Kitabxanasında “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib, vəsait kitabxanaya hədiyyə edilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kitabın uşaqların hüquqları barədə məlumatlılığının artırılmasına xidmət etdiyini söyləyib.

O qeyd edib ki, uşaqların hüquqlarının qorunması yalnız qanunvericilikdə deyil, insanların gündəlik həyatında və düşüncəsində də öz əksini tapmalıdır:

“Düşüncənin formalaşmasına təsir edən amillər çoxdur və təqdim olunan bu kitab da həmin vasitələrdən biridir. İnanıram ki, yalnız uşaqların deyil, böyüklər də oxuyacaq. Kitab uşaqların daha sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmalarına xidmət edəcək”.

Kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov çıxışında vurğulayıb ki, başqasına qarşı ayrı-seçkiliyin yalnış olduğunu anlayırsa, küçəyə zibil atmağın məsuliyyət olduğunu dərk edirsə, dövlət rəmzlərinə hörmət etməyi vətəndaşlıq borcu olduğunu dərk edirsə, başqasının fikrinə hörmət etməyi bacarırsa, deməli, hüquq artıq onun həyatının bir hissəsinə çevrilib:

“Bizim məqsədimiz uşaqlara təkcə hüququ öyrətmək deyil, eyni zamanda hiss etdirməkdi. Vəsaiti hazırlayarkən uşaqlara həm də ədalət, empatiya, hörmət, məsuliyyət, birgə yaşayış mədəniyyəti kimi bir çox dəyərləri aşılamağa çalışmışıq. Kitabda məqsədimiz heç də bütün hüquqları əhatə etmək olmayıb. Məqsədimiz uşaqların gündəlik həyatda daha çox rast gəldikləri hüquqlar barədə onlara bilgi verməkdir”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva isə QHT-ləri ucqar bölgələrdə ailə-məişət, qadın və uşaq hüquqları ilə əlaqədar layihələrin və tədbirlərin artırılmasına çağırıb:

“Qrant layihələrin təqdimatı zamanı da ucqar ərazilərdə tədbirlərin icrasına daha çox fokuslanmaq lazımdır. Xahiş edirəm ki, QHT-lər regionlarda olan diqqəti artırsınlar. Bu, təkcə qrant layihələr çərçivəsində deyil, gündəlik fəaliyyətdə də yer almalıdır”.

Qeyd edək ki, “Uşaqlar və hüquq” kitabında uşaqların yaş xüsusiyyətləri və anlama səviyyələri nəzərə alınaraq hüquqi biliklər bədii və həyati nümunələr əsasında hazırlanmış kiçik hekayələr vasitəsilə təqdim edilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan daha iki ölkəyə alma tədarük etməyə başlayıb

Next

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved