İmişlidə ticarət obyektindəki yanğın söndürülüb, zərərçəkən yoxdur
İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.
Bu barədə Paraqraf.com-a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
İlkin məlumata görə, bir dam altında yerləşən və ümumi sahəsi 250 kvadratmetr olan 8 obyekt yanğından zərər görüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()