Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/ADSEA vətəndaşlardan üzr istədi: Su maşınları artıq yoldadır
CƏMİYYƏTMANŞET

ADSEA vətəndaşlardan üzr istədi: Su maşınları artıq yoldadır

23 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Son günlər Bakıda verilən suyun həcminin müvəqqəti azaldılması ilə bağlı ADSEA məlumat yayıb. 

Bildirilib ki, səbəb anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.

Yay fəslində suya tələbatın xüsusilə artdığını nəzərə alsaq, həmin texniki işlərin daha öncədən, məsələn, qış fəslində icra edilməsi məqsədəuyğun deyilmi?

Məsələ ilə bağlı Paraqraf.com-un sorğusuna cavab olaraq ADSEA-dan bildirilib ki, su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir:

“Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir.

Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.

Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:

Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00″.
Qeyd edilib ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur:

“Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır.  Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”.

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sea Breeze ilk Offroad Turnirinə ev sahibliyi edəcək

Next

Öz müalicəsinin “sınaq subyekti” oldu… – Ölümə meydan oxudu, dünyanı dəyişdirib vida etdi

Copyright 2026— Praqraf.com. All rights reserved