Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Paraqraf.com-un məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan M. Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()