Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Şavkat Mirziyoyev Azərbaycan səfirinə “Mehnat Shuhrati” ordenini təqdim edib
SİYASƏT

Şavkat Mirziyoyev Azərbaycan səfirinə “Mehnat Shuhrati” ordenini təqdim edib

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və respublikadakı diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Hüseyn Quliyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonrakı inkişafını müzakirə ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı Şavkat Mirziyoyev azərbaycanlı diplomatın ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səmərəli fəaliyyətini və şəxsi töhfəsini xüsusi qeyd edib.

Ş.Mirziyoyev çoxtərəfli Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə “Mehnat Shuhrati” ordenini təqdim edib.

Azərbaycan səfiri, öz növbəsində, Özbəkistan liderinə diplomatik missiyasının yüksək qiymətləndirilməsinə və iki ölkə arasında genişmiqyaslı əməkdaşlığın inkişafına dəstəyə görə təşəkkürünü bildirib.

Eyni zamanda, məlumatda qeyd edilib ki, ölkələr arasında ali və digər səviyyələrdə intensiv dialoq qurulub. Ticari-iqtisadi sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib. Son illərdə ticarət dövriyyəsi dəfələrlə artıb, Azərbaycan kapitalının iştirakı ilə 280 müəssisə yaradılıb, birgə investisiya şirkəti təsis olunub. Geologiya, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma, tekstil, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üzrə layihələr aktiv mərhələdədir. Mədəni-humanitar mübadilə sahəsində mühüm proqramlar həyata keçirilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Next

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Copyright 2026— Praqraf.com. All rights reserved