Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Rəqibimin üzərindən tank kimi keçməyə hazıram – Tahir Abdullayev
İDMAN

Rəqibimin üzərindən tank kimi keçməyə hazıram – Tahir Abdullayev

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

“Bakıda, doğma azarkeşlər qarşısında UFC-də döyüşmək mənim üçün qürur mənbəyidir. Bu, uzun illər arzuladığım bir məqamdır. Doğma publikanın dəstəyi mənə əlavə motivasiya verir və mən bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

Bu sözləri “UFC Fight Night” turnirində debüt edəcək azərbaycanlı döyüşçü Tahir Abdullayev yarışla bağlı danışarkən deyib.

Yarımorta çəki dərəcəsində braziliyalı Ceferson Nasimento ilə döyüşəcək idmançı hazırlıq prosesi ilə bağlı danışıb:

“UFC-də döyüşmək mənim üçün böyük şans və uzun illərin əməyinin nəticəsidir. Mən 15 yaşımdan idmanla məşğulam, 18 yaşımdan isə peşəkar döyüşlərə çıxıram. UFC-yə düşmək həmişə ən böyük məqsədlərimdən biri olub və bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış etmək imkanı qazanmışam.
Mən ABŞ-da təlim-məşq toplanışında olanda UFC ilə müqavilə bağlamağa hazırlaşırdım. Əvvəlcə başqa rəqiblə döyüşməli idim, lakin sonradan planlar dəyişdi və mənə Bakıda keçiriləcək turnirdə iştirak etmək təklif olundu. Döyüş təklifi gələndə çox düşünmədən qəbul etdim. Rəqibimin kim olmasının mənim üçün böyük əhəmiyyəti yoxdur. Rəqibim braziliyalıdır, Braziliya ciu-citsu döyüş məktəbindən gəlir. Amma ona demək istəyirəm ki, hazır olsun. Onun güclü tərəflərini bilirəm, hörmətlə yanaşıram. Mən oktaqona yalnız qələbə qazanmaq üçün çıxıram və öz gücümü göstərməyə hazıram. Mənim ləqəbim “Tank”dır. Rəqibimin üzərindən tank kimi keçməyə hazıram.
Hazırda bütün diqqətimi qarşıdakı döyüşə yönəltmişəm. Məqsədim UFC-də uğurlu çıxış etmək, qələbələr qazanmaq və gələcəkdə daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır.
Bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Mən döyüşə çıxanda məni dayanmadan dəstəkləyin. İyunun 27-də Milli Gimnastika Arenasında görüşərik. Sizin dəstəyinizlə birlikdə möhtəşəm döyüş gecəsi yaşayacağımıza inanıram.”

Qeyd edək ki, yarış iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Omeqa-3: Səhər, yoxsa axşam qəbul etmək yaxşıdır?

Next

Sea Breeze ilk Offroad Turnirinə ev sahibliyi edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved