İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
İsmayıllıda iki minik avtomobili toqquşub.
Paraqraf.com xəbər verir ki, hadisə rayonun Uştal kəndinin ərazisində qeydə alınıb.
1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2106” markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.
Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər – Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Paraqraf.com
![]()