Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
DÜNYA

ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir

21 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Vaşinqton administrasiyası Latın Amerikasının narkotik kartellərinə zərbələr endirməyə davam etmək niyyətindədir.

Paraqraf.com “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Olivia Ueyls bildirib.

“ABŞ amerikalılara qarşı hücumlar hazırlamaq niyyəti və imkanları olan hər hansı qruplaşmanı – istər milyonlarla amerikalıları zəhərləyən ölümcül kartelləri, istərsə də cihadçıları müəyyənləşdirməyə və zərərsizləşdirməyə davam edəcək. Hər cür terrorçuların ərazimizə sığınmasına və ya xaricdən bizə hücum etməsinə imkan verilməyəcək”, – o deyib.

Nəşr qeyd edir ki, Ağ Evin nümayəndəsi xüsusilə Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərinə yeni dəqiq zərbələrinin endirilməsinin mümkünlüyündən danışıb. Qəzetin məlumatına görə, bu qruplaşmaların bir çoxu əvvəllər Amerika hakimiyyəti tərəfindən terror təşkilatları siyahısına daxil edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vens İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzularını açıqlayıb

Next

Qahirədə Afrika və ərəb ölkələrinin problemləri müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved