Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
ELM VƏ TƏHSİL

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib

20 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib.

Paraqraf.com-un məlumatına görə, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə parad təşkil edilib.

Bildirilib ki, olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.

İştirakçılar 21-26 iyun aralığında ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.

Rəsmi açılış mərasimindən sonra tədbirin bədii hissəsi çərçivəsində konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında ölkə səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.

Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir

Next

DÇ-2026: Niderland və Almaniya milliləri növbəti oyunlarına çıxacaqlar

Copyright 2026— Praqraf.com. All rights reserved