Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Kişineuda Müslüm Maqomayevə həsr olunmuş “Sevgi və dəniz” adlı gecə keçirilib
SİYASƏT

Kişineuda Müslüm Maqomayevə həsr olunmuş “Sevgi və dəniz” adlı gecə keçirilib

20 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Moldovanın paytaxtı Kişineuda Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevə həsr olunmuş “Sevgi və dəniz” adlı gecə keçirilib.

Paraqraf.com-un məlumatına görə, 1000-dən çox qonağın iştirak etdiyi tədbir Maria Bieşu adına Kişineu Milli Opera və Balet Teatrında baş tutub.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin rəsmi şəxsləri, parlamentin deputatları, Kişineudakı diplomatik korpusun təmsilçiləri, yerli mədəniyyət xadimləri, ictimaiyyət və Azərbaycan diasporunun nümayəndələri, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Gecədə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Müslüm Maqomayev şəxsiyyəti Azərbaycan xalqı və iki dövlət arasında mədəni əlaqələrdə xüsusi əhəmiyyətə malikdir:

“Müslüm Maqomayevin adı çoxdan yüksək mədəniyyətin, qüsursuz bədii zövqün və sənətə həqiqi xidmətin simvoluna çevrilib. Onun unikal səsi, səhnə kübarlığı və müxtəlif nəsillərdən olan insanların qəlblərinə eyni dərəcədə dərindən toxunmaq qabiliyyəti onu təkcə Azərbaycanın deyil, dünya musiqi mədəniyyətinin sərvətinə çevirib. Onun yaradıcılığı insanları birləşdirməyə hələ də davam edir, dövrlər, ölkələr və mədəniyyətlər arasında körpü olaraq qalır”.

Daha sonra Moldovanın tanınmış sənətçiləri – M.Bieşu adına Milli Opera və Balet Teatrının solisti, bu ölkəni dəfələrlə nüfuzlu səhnələrdə, o cümlədən məşhur “La Scala” teatrında təmsil etmiş Aleksey Botnarçuk (bas) və Azərbaycan əsilli Gülnarə Raylyanu (soprano) M.Maqomayevin repertuarından seçmə əsərləri səsləndiriblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bizim Maqsud müəllim” tamaşası nümayiş etdirilib

Next

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved