Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
SİYASƏT

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub

20 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Paraqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən baş tutub.

“Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili” üzrə keçirilən işçi görüş çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisi general-mayor Azər İbrahimov qonaqlarla görüşüb, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.

Polkovnik D.Jukovski göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Belarusun Azərbaycandakı hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.

Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev hərbi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi, strukturu, fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Belarus nümayəndə heyəti həmçinin xidməti otaqlar və idman zalı ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Alimlər ən təhlükəli uşaq xərçəngi növlərindən birinə qarşı vaksin hazırlayıblar

Next

Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved