Vüsal Hüseynov və Mohammed Abdiker miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) aparat rəhbəri Mohammed Abdiker ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Paraqraf.com-a DMX-dən məlumat verilib.
Bildirilib ki, Xidmət rəisi BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında formalaşmış səmərəli əməkdaşlığı vurğulayaraq, Xidmət tərəfindən ötən dövr ərzində həyata keçirilən və miqrasiya idarəçiliyinin effektivliyinin artırılmasına, innovativ yanaşmaların tətbiqinə yönələn layihələr, xüsusilə də Yüksək İxtisaslı Miqrant Portalı barədə məlumat verib.
Vüsal Hüseynov həmçinin Azərbaycanın İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirakının və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində BMqT ilə birgə təşkil olunan panel müzakirələrinin önəmindən bəhs edib.
BMqT-nin aparat rəhbəri Mohammed Abdiker miqrasiya sahəsində birgə əməkdaşlığın vacibliyini qeyd edərək mövcud münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səylərin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşün sonunda hazırkı əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Paraqraf.com
![]()