Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Saçın erkən ağarmasını yavaşlada bilən məhsullar açıqlandı
SAĞLAMLIQ

Saçın erkən ağarmasını yavaşlada bilən məhsullar açıqlandı

19 İyun 2026 1 Min Read
PAYLAŞIN:
Saçın ağarması təkcə yaşla bağlı deyil — genetika, stress, oksidləşmə prosesləri və həyat tərzi də buna təsir edir. Lakin mütəxəssislərin fikrincə, qidalanma da mühüm rol oynayır: bəzi vitamin və mineralların çatışmazlığı saç rənginə cavabdeh olan melanin istehsalını zəiflədə bilər.
Paraqraf.com-un məlumatına görə, mütəxəssislər “Vogue”a istinadla bildirirlər ki, düzgün qidalanma saç follikullarının sağlamlığını dəstəkləyərək ağarmanın gecikməsinə kömək edə bilər.
Mis (mis tərkibli məhsullar)
MDPI jurnalında dərc olunan araşdırmalara görə, mis melanin sintezində vacib rol oynayır. Onun çatışmazlığı saçın daha tez ağarması ilə əlaqələndirilir.
Misə zəngin qidalar: kartof, göbələk, istiridyə və xüsusilə mal qaraciyəri. Dəniz məhsullarında da yüksək miqdarda mis olur.
Dəmir tərkibli məhsullar
Dəmir də piqment yaranmasında iştirak edir. Onun azlığı saçın rəngini tündlüyünü itirməsinə səbəb ola bilər.
Dəmir mənbələri: qırmızı ət, quş əti, paxlalılar və ispanaq. Mərci və noxud xüsusilə faydalı hesab olunur.
D vitamini
Tədqiqatlara görə, D və B qrupu vitaminləri saç sağlamlığı üçün vacibdir. Onların çatışmazlığı həm saç tökülməsi, həm də erkən ağarma ilə əlaqələndirilə bilər.
D vitamini mənbələri: qızılbalıq, sardina, süd və portağal şirəsi.
B12 vitamini
B12 vitamini saç follikullarının qidalanması və melanin istehsalı üçün vacibdir. Onun çatışmazlığı köklərə oksigen çatdırılmasını zəiflədə bilər.
B12 ilə zəngin qidalar: sardina, molyusklar və toyuq qaraciyəri.
Fol turşusu (B9 vitamini)
B9 vitamini hüceyrə yenilənməsi və maddələr mübadiləsində rol oynayır. Onun çatışmazlığı saçın həm sağlamlığına, həm də rənginə təsir göstərə bilər.
Mənbələr: ispanaq, lobya və mal qaraciyəri.
Mütəxəssislərin fikrincə, balanslı qidalanma təkcə saçın ağarmasını yavaşlatmır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Beyin, ürək və bağırsaq sağlamlığı üçün nə yemək lazımdır?

Next

Dəniz duzunun adi duzdan daha sağlam olmasının səbəbi nədir?

Copyright 2026— Praqraf.com. All rights reserved