NATO-nun baş katibi gələn həftə ABŞ-yə səfər edəcək
NATO-nun baş katibi Mark Rütte iyunun 23-dən 25-dək Vaşinqtonda səfərdə olacaq.
Paraqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” NATO-nun mənzil-qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.
“İyunun 24-də baş katib Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Onun həmçinin administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə də görüşü baş tutacaq”, – NATO-nun məlumatında bildirilir.
Bundan başqa, Rütte Vaşinqtondan onlayn rejimdə E5 qrupunun müşavirəsində iştirak edəcək.
İyunun 25-də NATO-nun baş katibi Konqres üzvləri ilə görüşəcək və Atlantika Şurasının təşkil edəcəyi müzakirələrə qatılacaq.
Paraqraf.com
![]()