Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
MANŞET

İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

19 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Diplomatik xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Belə ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Bundan əlavə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Həmçinin diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət məktəblərində geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti I oxunuşda qəbul edilib

Next

Vətəndaşların qanunvericilik təşəbbüsü prosesinin elektron qaydaya keçirilməsi I oxunuşda təsdiqlənib

Copyright 2026— Praqraf.com. All rights reserved