Şəhid qızı Aydan Hüseynova Avropa çempionu oldu
17 iyun 2026-cı il tarixində Bosniya və Herseqovinada keçirilən Klublararası Avropa Çempionatında Göygöl rayon İrəvan İdman Mərkəzinin taekvondo bölməsinin idmançısı Aydan Elbrus qızı Hüseynova böyük uğura imza atıb.
Paraqraf.com xəbər verir ki, 33 kq çəki dərəcəsində mübarizə aparan Aydan Hüseynova Bosniya və Herseqovina, Türkiyə və Ukraynadan olan rəqiblərinə qalib gəlib, final görüşündə isə Türkiyəli idmançını məğlub edərək Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Aydan Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elbrus Hüseynovun qızıdır.
Aydan Hüseynovanın şəxsi məşqçisi Elvarə Cəlilovadır.

Paraqraf.com
![]()