Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiyada bu gecə 555 Ukrayna PUA-sı vurulub, Moskvaya hücumda 180 dron zərərsizləşdirilib
DÜNYA

Rusiyada bu gecə 555 Ukrayna PUA-sı vurulub, Moskvaya hücumda 180 dron zərərsizləşdirilib

18 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkə ərazisi üzərində Ukraynaya məxsus 555 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Paraqraf.com xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar Həştərxan, Bryansk, Belqorod, Volqoqrad, Vladimir, Voronej, Kaluqa, Kursk, Oryol, Lipetsk, Smolensk, Tver, Tambov, Tula, Ryazan, Rostov vilayətləri, Krım, Moskva bölgəsi və Azov dənizi üzərində vurulub.

Bu arada Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində vurulan pilotsuz uçuş aparatlarının sayının 180-ə çatdığını bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.

Məlumata əsasən, dronlardan biri “Sadovod” ticarət mərkəzinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb. Bir neçə PUA isə Moskva Neft Emalı Zavoduna çatıb. Hazırda müəssisədə hücumun nəticələrinin aradan qaldırılması işləri görülür.

PUA hücumları fonunda Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyət tətbiq edilib. Paytaxtın cənub-şərqində yerləşən Kapotnya rayonunda isə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, dronların qalıqları çoxmənzilli və fərdi yaşayış evlərinə, fitnes mərkəzinə, sənaye zonasındakı obyektə və ticarət mərkəzinin binasına düşüb. Hadisə nəticəsində bir qadın xəsarət alsa da, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb

Next

İndoneziyada zəlzələdən sonra 780-dən çox təkan qeydə alınıb, üç nəfər ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved