Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Rusiya Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə yeni “Yol xəritəsi” hazırlayacaq
SİYASƏT

Rusiya Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə yeni “Yol xəritəsi” hazırlayacaq

18 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya mövcud birgə iş planının icrası başa çatdıqdan sonra Azərbaycanla 2027-2028-ci illər üçün parlamentlərarası əməkdaşlığın yeni “Yol xəritəsi”nin hazırlanmasına başlamağı nəzərdə tutur.

Paraqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər 2024-2026-cı illər üzrə parlamentlərarası əməkdaşlığın “Yol xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrasını davam etdirirlər.

“Biz bu tədbirləri diqqətlə izləyirik və parlamentlərarası komissiyanın növbəti iclasını keçirəndə artıq növbəti dövr – 2027-2028-ci illər üçün “Yol xəritəsi”ni hazırlayacağımıza ümid edirik”, – Yatskin bildirib. O qeyd edib ki, bu işə əvvəlcədən başlamaq və iki ölkənin parlamentlərinin aidiyyəti qurumlarına müvafiq təkliflərin hazırlanmasını tapşırmaq lazımdır.

Federasiya Şurası sədrinin birinci müavini həmçinin komissiya iclasının gündəliyinə daxil edilmiş səhiyyə və təhsil məsələlərinin vacibliyini vurğulayıb.

“Hesab edirəm ki, bu, həm humanitar əməkdaşlıq çərçivəsində, həm də bütövlükdə insan münasibətlərinin inkişafı üçün çox vacib mövzudur”, – o bildirib.

 

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Next

Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb

Copyright 2026— Praqraf.com. All rights reserved