İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb
Futbol üzrə dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.
Paraqraf.com-un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.
Yığmanın heyətində Harri Keyn (12, 43-p.) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.
Paraqraf.com
![]()