Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
MƏDƏNİYYƏT

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda iyunun 29-dan iyulun 3-dək Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil ediləcək.

“Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçiriləcək.

Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində rəsmi açılış mərasimi keçiriləcək konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələrin iştirakı nəzərdə tutulur. Açılış mərasimində qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film təqdim ediləcək.

İyunun 29-da həmçinin Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İyunun 30-da AMEA Rəyasət Heyətinin binasında “Türk tarixi hekayələri və ideoloji yanaşmalar” mövzusunda panel müzakirələri təşkil olunacaq. Həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı keçiriləcək.

İyulun 1-də konqres iştirakçıları üçün Qarabağ bölgəsinə səfər təşkil ediləcək. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Həmin gün Ağdam Muğam Mərkəzində dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin eyniadlı pyesi əsasında “İblis” tamaşası nümayiş etdiriləcək.

İyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın mədəni və elmi mirası” mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrin yekununda “Türk Dünyası Həftəsi” çərçivəsində gerçəkləşən plenar və panel sessiyaların nəticələrini əks etdirən, türkologiya sahəsində növbəti yüzillik üçün prioritet istiqamətləri, strateji çağırışları və ortaq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.

Həmin gün eyni zamanda Bakıda Milli Azərbaycan Tarixi Muzeyində yubiley sərgisi, Azərbaycan Milli Kitabxanasında isə Türk Dünyası Milli Kitabxanaları Birliyinin konfransı və yeni nəşrlərin təqdimatı keçiriləcək.

“Türk Dünyası Həftəsi”nin sonuncu günü-iyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” mövzusunda elmi seminar və sərgi təşkil olunacaq. Nizami Kino Mərkəzində film nümayişi ilə həftənin bağlanışı olacaq.

“Türk Dünyası Həftəsi” “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platforma olacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UNESCO sessiyasında Azərbaycanın qeyri-maddi irsin qorunması sahəsindəki fəaliyyəti təqdim olunub

Next

Paşinyan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsini istisna edib

Copyright 2026— Praqraf.com. All rights reserved