Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp: Rusiya Ukrayna ilə saziş əldə etməlidir
DÜNYA

Tramp: Rusiya Ukrayna ilə saziş əldə etməlidir

16 İyun 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp hər iki tərəfin böyük itkilərini vurğulayaraq bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair saziş bağlamalıdır.

Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə o Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.

Tramp vurğulayıb ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı görüş keçirib və gün ərzində onunla yenidən danışmağı planlaşdırır.

“Rusiya saziş bağlamalıdır. Onlar çoxlu sayda insan itirib, Ukrayna da həmçinin. Ötən ay onlar ümumilikdə 35 min əsgər itiriblər – bu, aylıq göstəricidir. Orta hesabla onlar təxminən 25 min insan itirirlər, əsasən də əsgərləri, gənc, gözəl insanları və orada baş verənlər dəlilikdir”, – Donald Tramp deyib.

O əlavə edib ki, vəziyyəti artıq Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.

“Bizim danışıqlarımız olmuşdu və baxacağıq… Mən bazar günü Prezident Putinlə danışmışdım”, – o deyib.

Tramp həmçinin qeyd edib ki, Rusiya və Ukrayna liderləri arasında “böyük ədavət” qalmaqdadır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çinin Tsinxay əyalətində 6,3 maqnitudalı zəlzələ olub

Next

Britaniya Ukraynanın nüvə enerjisi sektorunun dəstəklənməsinə 271 milyon dollar ayıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved