Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq genişlənir
SİYASƏT

Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq genişlənir

16 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə 15 iyun tarixində qardaş ölkənin Qars şəhərinə rəsmi səfər edib.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında baş tutan görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.

Xüsusi vurğulanıb ki, görüşün 15 iyun Milli Qurtuluş günündə baş tutması da rəmzi məna daşıyır. Belə ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərinin təməlində məhz müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” yanaşması dayanır. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri və siyasi iradələri sayəsində isə bu qardaşlıq əlaqələri daha da dərinləşdirib.

15 iyunda həm də imzalanmasının 5-ci ildönümü qeyd edilən hər iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi də bunun bariz sübutudur.

Kamran Əliyev qeyd edib ki, hazırkı səfərin əsas məqsədi sərhədyanı bölgələrin prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsidir. Bu transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına töhfə verməklə yanaşı, sərhəd regionlarında yaşayan vətəndaşlarının rastlaşdıqları hüquqi çətinliklərin operativ şəkildə aradan qaldırmasına da xidmət etmiş olur. Eyni zamanda bu əməkdaşlıq mütərəqqi təcrübələrin mübadiləsi və hər iki dövlətin hüquqi sistemlərinin inkişafına da müsbət təsirini göstərir.

Öz növbəsində Muhsin Şentürk Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd edərək cari ilin aprel ayında Bakı şəhərinə etdiyi səfəri məmnunluqla xatırlanıb, keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin inkişafında xüsusu rol oynadığını bildirib.

Görüş çərçivəsində Qars və İğdır bölgələrinin prokurorluq, məhkəmə və ədliyyə orqanlarının rəhbər şəxsləri ilə görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, bir praktiki mövzular müzakirə edilib.

Daha sonra nümayəndə heyəti, ölkəmizin Qars şəhərində yerləşən Baş konsulluğuna gəlmiş, əməkdaşlarla görüşərək yaradılmış iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olub. Keçirilmiş görüşdə, dahi lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salınıb.

Görüşlərdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev də iştirak edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Son beş ayda pensiya ödənişlərinə 3 milyard manatdan çox vəsait ayrılıb

Next

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Copyright 2026— Praqraf.com. All rights reserved