Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
İDMAN

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

16 İyun 2026 1 Min Read
PAYLAŞIN:

İyunun 18-də avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq.

Paraqraf.com-un məlumatına görə, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Turnir Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Birincilikdə paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçiriləcək. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar. Bütün növlərdə məsafə 500 metr olacaq.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı birinciliyinin keçirilməsinin əsas məqsədlərindən biri idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UEFA Çempionlar Liqası: “Sabah”ın potensial rəqiblərinin sayı yeddiyə enib

Next

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved