Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində bir nəfər suvarma kanalında batıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Paraqraf.com xəbər verir ki, bu barədə FHN Matbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yaxınları tərəfindən məlumat verilib ki, onlar Dəmirov Sərxan Qüdrət oğlundan 13 iyun tarixindən etibarən məlumat ala bilmədikləri üçün polisə müraciət ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paraqraf.com
![]()