Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Həzmi yaxşılaşdıran və bağırsaqları sakitləşdirən 6 çay
SAĞLAMLIQ

Həzmi yaxşılaşdıran və bağırsaqları sakitləşdirən 6 çay

15 İyun 2026 2 Min Read
PAYLAŞIN:
Adi bir fincan çay həzm sisteminin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və mədə narahatlığını azalda bilər.
Paraqraf.com xəbər verir ki, bu barədə “Verywell Health” nəşri yazır.
Məlum olub ki, bütün çaylar bağırsaqlar üçün eyni dərəcədə faydalı deyil. Lakin elmi araşdırmalarla təsdiqlənmiş 6 çay nöü xüsusilə seçilir.
1. Zəncəfil çayı
Ən təsirli variantlardan biri hesab olunur. Tərkibində həzm sistemində iltihabı azaldan güclü antioksidantlar var. Bundan əlavə, mədədə turşu istehsalını məhdudlaşdırır və onun qida borusuna geri qayıtmasının qarşısını alır ki, bu da qastroezofageal reflüks xəstəliyinin profilaktikasına kömək edir.
Bu çay ürəkbulanma, köp, spazm və həzm pozğunluğunu azaltmağa yardım edir. Bu məlumatlar “Food Science & Nutrition” jurnalında dərc olunmuş klinik tədqiqatların sistemli icmalı ilə təsdiqlənib.
2. Nanə çayı
Nanə həzm sistemi əzələlərini rahatladır və bağırsaqlardakı şişkinliyi azaldır. Mövcud məlumatlara görə, o, qıcıqlanmış bağırsaq sindromu zamanı – xüsusilə ağrı, köp və həzm problemlərində tövsiyə olunur.
Kofeinə həssas insanlar üçün nanə çayı səhər qəhvəsinə yaxşı alternativ hesab edilir, çünki mədə turşuluğunu və qıcıqlanmanı artırmır.
3. Kombuça
Canlı probiotiklərlə zəngin fermentləşdirilmiş çay bağırsaq mikrobiomunu dəstəkləyir və qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edir. “Kombuça” həmçinin antioksidantlar, B qrupu vitaminləri və iltihabı azaldan fermentlərlə zəngindir.
Bununla belə, mütəxəssislər əlavə şəkəri minimum olan variantları seçməyi tövsiyə edirlər ki, içkinin faydalı xüsusiyyətləri qorunsun.
4. Sarıkök çayı
Sarıkökün təsiri əsasən güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik kurkumin maddəsi ilə bağlıdır. “Nutrients” jurnalında dərc olunmuş araşdırmaya görə, kurkumin bağırsaqdakı bakterial mühiti balanslaşdıra bilir.
Digər tədqiqatlar isə onun köp, qaz və bağırsaqların iltihabi xəstəlikləri ilə qıcıqlanmış bağırsaq sindromunun simptomlarını azaltmaqda effektiv olduğunu göstərir.
5. Qara çay
Uzun fermentasiya prosesi sayəsində qara çay bağırsaq mikrobiomuna müsbət təsir edən flavonoidlərin daha yüksək konsentrasiyasına malikdir.
“Journal of Nutritional Science and Vitaminology” jurnalında dərc olunan araşdırma göstərir ki, qara çayın müntəzəm istifadəsi həzm sistemində bakterial balansı yaxşılaşdırır və iltihabı azaldır. Bununla belə, əksər bitki çaylarından fərqli olaraq, qara çayın tərkibində kofein var.
6. Zəncirotu kökü çayı
Tərkibinə görə ən zəngin çaylardan biri hesab olunur: vitaminlər, minerallar, antioksidantlar və faydalı bağırsaq bakteriyalarını qidalandıran inulin prebiyotik lifini ehtiva edir. Bu maddə köp və qaz problemlərini azaltmağa kömək edir. Zəncirotunun antioksidant polifenolları isə həzm sistemi selikli qişasındakı iltihabı azaldır.
Lakin bu çayı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur, çünki bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Ev şəraitində hazırlayarkən isə ehtiyatlı olmaq lazımdır, çünki bitkinin tərkibində pestisid qalıqları ola bilər.
Mütəxəssislər faydalı çaylarla yanaşı hər gün bir neçə sadə qaydaya əməl etməyi də məsləhət görürlər: liflə zəngin meyvə və tərəvəzlər yemək, müntəzəm hərəkət etmək, kifayət qədər su içmək və alkoqol qəbulunu azaltmaq. Bütün bunlar sağlam bağırsaq mikrobiomunu və normal həzmi dəstəkləyir.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

Next

“Yenidən tarix yazmağa hazıram” – Nazim Sadıxov

Copyright 2026— Praqraf.com. All rights reserved