Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi tamamlanıb
İQTİSADİYYAT

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi tamamlanıb

15 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyası (SB64) çərçivəsində iştirakı zamanı məlumat verilib.

Sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilib.

Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilib. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunub. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkili qərara alınıb.

Bundan başqa, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar” tədbirində münaqişə və iqlim risklərinə məruz qalan bölgələrdə dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə edilib.

Azərbaycan və Braziliyaya verilmiş mandat əsasında hazırlanmış və COP30-dan öncə təqdim olunmuş iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası üzrə dövlət və qeyri-dövlət aktorlarının iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin həyata keçirilməsi ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya təşkil edilib. Sessiyada tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilmiş, səsləndirilən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd olunub.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsində keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində və Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatına dair texniki dialoqda iştirak edib. Bununla Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.

Eyni zamanda nümayəndə heyəti UNFCCC çərçivəsində aparılan tematik danışıqlarda, mandatlı tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə verib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin rəmzi kimi böyük əhəmiyyət daşıyır

Next

Səfirlik: Şuşa Bəyannaməsi ilə Azərbaycanla əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik

Copyright 2026— Praqraf.com. All rights reserved