Azərbaycanın “Odlar yurdu” komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
Azərbaycanın “Odlar yurdu” komandası Honq Konqda şahmatın rapid və blits növü üzrə dünya çempionatında iştirak edəcək.
Bu barədə Paraqraf.com-a Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.
Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcək.
R.Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini olacaq.
Qeyd edək ki, iyunun 17-22-də təşkil olunacaq yarışın qaydalarına əsasən, heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.
Paraqraf.com
![]()