Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib

14 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov 13 iyun 2026-cı il tarixində, ömrünün 82-ci ilində vəfat edib.

Paraqraf.com xəbər verir ki, H. Orucovun ölümü haqqında bu məlumatı Mədəniyyət Nazirliyi paylaşıb.

“Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub”, – məlumatda bildirlib.

Qeyd olunub ki, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb: “Hidayət Orucov 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsrlər ədəbiyyatımızı tədris edib.

Hidayət Orucov 1984-1986-cı illərdə Bakıda “Gənclik” nəşriyyatının baş redaktor müavini və baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Bu illərdə “Gənclik” nəşriyyatında 50 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ xalqları ədəbiyyatı” və digər mühüm seriyaların nəşrinə başlanılıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.

Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.

Yazıçınınpoeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60-dan çox kitabı nəşr olunub. Müəllifin “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.

Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” fəxri adına, “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli yazıçı-dramatur Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

Xatırladaq ki, H. Orucov iyunun 13-də gecə saatlarında vəfat edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır

Next

Ağdamdakı yanğın söndürülüb

Copyright 2026— Praqraf.com. All rights reserved