Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib
ELM VƏ TƏHSİLMANŞET

Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

14 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak ediblər. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb, qazandıqları bilik və bacarıqların ölkəmizin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif musiqi nömrələri, milli və müasir rəqslər, eləcə də vətənpərvərlik ruhunda hazırlanmış bədii kompozisiyalar təqdim olunub. Kiçik yaşlı şagirdlərin çıxışları və ənənəvi “Bilik açarı”nın məzunlara təqdim edilməsi mərasimin yaddaqalan və duyğulu anlarından biri kimi iştirakçıların böyük marağına səbəb olub.

Məzunların nümayiş etdirdiyi birlik, mehribanlıq və məktəbə bağlılıq tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Sonda “Son zəng” səslənərək məzunların məktəb həyatı ilə vidalaşdığı, yeni mərhələyə qədəm qoyduğu əlamətdar an yaşanıb.

Bakı şəhəri 161 nömrəli tam orta məktəbin kollektivi bütün məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayır. Məktəbdə çalınan son zəng onların həyatında yeni başlanğıcların və böyük uğurların müjdəçisi olsun.


Aytac

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İyunun 12-də “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

Next

Həzmi yaxşılaşdıran və bağırsaqları sakitləşdirən 6 çay

Copyright 2026— Praqraf.com. All rights reserved