Azərbaycanda PUA-ların istifadəsində yeni mərhələ başlayır – Hansı qaydalar tətbiq olunacaq?
Azərbaycanda pilotsuz uçuş aparatlarının istifadəsində yeni mərhələ başlayır. Milli Məclisdə müzakirə olunan “Aviasiya haqqında” qanuna dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini ilk dəfə geniş şəkildə tənzimləməyi nəzərdə tutur. Layihə qəbul edilərsə, mülki təyinatlı avtonom dronların uçuşları daha ciddi nəzarət altında olacaq, onların fəaliyyəti üçün yeni icazə və təhlükəsizlik mexanizmləri tətbiq ediləcək.
Paraqraf.com mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
Uçuşlar real vaxt rejimində izlənəcək
Qanun layihəsinə əsasən, avtonom pilotsuz uçuş aparatı insan tərəfindən birbaşa idarə olunmadan, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edən hava nəqliyyatı vasitəsi hesab ediləcək. Bununla belə, sistem tamamilə nəzarətsiz olmayacaq. Hər bir avtonom dronun fəaliyyətinə xüsusi şəhadətnaməyə malik operator nəzarət etməlidir. Operatorun vəzifəsi sistemin işini izləmək, təhlükə yarandıqda müdaxilə etmək və zərurət olduqda uçuşu dayandırmaq olacaq.
Paraqraf.com
![]()