Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti pisləyirik
MANŞET

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti pisləyirik

13 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.

Paraqraf.com-un xəbərinə görə, bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.

“Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.

Azərbaycana münasibətdə “qara piar” kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən “Revue21”, “TV5 Monde”, “Le Figaro”, “Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi “həssaslıq” nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir.

Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar.

Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.

Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik”, – deyə açıqlamada qeyd olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Next

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb

Copyright 2026— Praqraf.com. All rights reserved