Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək
ELM VƏ TƏHSİL

Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək

13 İyun 2026 1 Min Read
PAYLAŞIN:

2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır.

Bu barədə Paraqraf.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, prosesə hazırlıq işləri yekunlaşıb.

“Cari ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox müəllim 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək”.

Bildirilib ki, prosesin şəffaflığı və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb.

“Sertifikatlaşdırma yalnız bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda müəllimlərin öz üzərlərində işləməsi və peşəkar inkişafı üçün yeni imkanlar yaradan bir platformadır”.

Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib. Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda 76 yaşlı kişi yıxılaraq ölüb

Next

Emin Əmrullayev Gəncədə “Son zəng” mərasimində iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved