Sаmvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunun keçirilməsini tələb edib
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunun təşkil edilməsinə çağırıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Karapetyanın sözlərinə görə, onun partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib, daha sonra isə seçki nəticələrinin ləğv edilməsi və ikinci turun təyin edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını birinci dərəcəli vəzifə hesab etdiyini bildirib. Karapetyanın sözlərinə görə, buna “ya parlament vasitəsilə, ya da küçə mübarizəsi yolu ilə” nail olmaq olar.
Paraqraf.com
![]()