Masallıda 69 yaşlı qadın balta ilə qətlə yetirilib
Masallı rayonunda 69 yaşlı yaşlı qadın balta ilə öldürülüb.
Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
1957-ci il təvəllüdlü Elmira Əmənovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()