Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Kabus başlamadan bitdi? – Hantavirusla bağlı vəziyyət tablo açıqlandı
SAĞLAMLIQ

Kabus başlamadan bitdi? – Hantavirusla bağlı vəziyyət tablo açıqlandı

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Niderland bayrağı altında üzən “MV Hondius” sərnişin gəmisində qeydə alınan hantavirus halları ilə bağlı son vəziyyəti açıqlayıb. O bildirib ki, 2 maydan bu yana virusa bağlı yeni ölüm halı qeydə alınmayıb.
Paraqraf.com xəbər verir ki, Qebreyesus dünya gündəminə çevrilən hantavirus yoluxmaları ilə bağlı yeni məlumatlar paylaşıb. O, 10 iyun tarixinə olan məlumata əsasən ümumi yoluxma sayının 13 olduğunu, bunlardan 3-nün ölüm ilə nəticələndiyini bildirib.
Sosial media hesabında açıqlama verən Qebreyesus Britaniyanın xarici ərazilərindən biri olan Tristan da Kunhada, daha əvvəl virusun yayıldığı ehtimal edilən “MV Hondius” gəmisində yoluxma riski daşıdığı düşünülən bir şəxsdə təsdiqlənmiş yoluxma halı aşkar edildiyini qeyd edib.
Qebreyesus “10 iyun tarixinə olan vəziyyətə əsasən ümumi yoluxma sayı 13 olaraq qalır və bunlardan 3-ü ölüm ilə nəticələnib” ifadəsini işlədib. O, 2 maydan bəri yeni ölüm hadisəsinin qeydə alınmadığını da vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl etdiyi açıqlamada, Argentinadan yola çıxaraq 10 mayda İspaniyaya bağlı Kanar adalarındakı Tenerife limanında sərnişinlərin təxliyə edildiyi “MV Hondius” gəmisində hantavirus hallarının arta biləcəyini, lakin hazırkı mərhələdə genişmiqyaslı epidemiya riski görmədiyini bildirmişdi.
Hantavirusun əsas daşıyıcılarının gəmiricilər olduğu bilinir. Virus adətən gəmiricilərin nəcis, sidik və tüpürcəkləri ilə çirklənmiş havanın nəfəs yolu ilə daxil olması nəticəsində insana yoluxur. Daha nadir hallarda isə gəmirici dişləməsi və ya cırmaqlaması ilə keçə bilər.
Xəstəliyin əlamətləri arasında qızdırma, yorğunluq və əzələ ağrıları yer alır. Ağır hallarda isə tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarana bilər.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağ evdən Bakıya uzanan UFC həyəcanı

Next

8 illik araşdırma 38 milyon xəstəyə ümid oldu – Korluğa son qoyulacaq

Copyright 2026— Praqraf.com. All rights reserved